Bavariya dan ardıcıl ikinci dəfə gözlənilməz nəticə

01.02.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

“Bavariya” klubu Bundesliqanın 20-ci turunda səfərdə “Hamburq” ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, ötən tur öz meydanında gözlənilmədən “Auqsburq”a uduzan münhenlilər bu görüşdə də xal itiriblər - 2:2.

“Bayer Leverkuzen” cari mövsümdə olduqca zəif çıxış edən “Ayntraxt Frankfurt”u səfərdə məğlubiyyətə uğradıb - 3:1. Bu mövsüm inamlı təsir bağışlayan “Hoffenhaym” isə öz meydanında “Union Berlin”i məğlub etməklə (3:1) ardıcıl beşinci qələbəsini qazanıb. “Leyptsiq” doğma divarlar arasında “Maynts” ilə görüşdən məğlub ayrılıb – 1:2. “Auqsburq” eyni hesabla öz meydanında “St Pauli”yə qalib gəlib. “Verder Bremen” – “Borussiya Mönxenqladbax” qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Tura bazar günü keçiriləcək “Ştutqart” – “Frayburq” və “Borussiya Dortmund” – “Haydenhaym” görüşləri ilə yekun vurulacaq.

Bundesliqanın 20-ci turunun açılış matçında “Köln” öz meydanında “Volfsburq”a minimal hesabla qalib gəlib – 1:0.

İyirmi turdan sonra Bundesliqaya 51 xalla “Bavariya” liderlik edir. Onun ən yaxın izləyicisi “Borussiya Dortmund” sabah “Haydenhaym”a qalib gələcəyi təqdirdə liderlə xal fərqini 6-ya endirəcək. “Hoffenhaym” isə 42 xalla üçüncü sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью