Bavariya dan yeni rekord Barselona və Real ı geridə qoydu

28.01.2026

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Bavariya"dan yeni rekord - "Barselona" və "Real"ı geridə qoydu

"Bavariya" klubu Çempionlar Liqasında yeni rekorda imza atıb.

QOL.az xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas mərhələsinin 7-ci turunda Belçikanın "Yunion" klubunu 2:0 hesabı ilə məğlub edib. Bu, Almaniya nəhənginin ÇL tarixində qapısını toxunulmaz saxladığı 115-ci oyun olub.

Bu göstərici ilə "Bavariya" turnirin mütləq rekordçusuna çevrilib. Buna qədər rekord hərəyə 114 oyunla İspaniyanın "Barselona" və "Real" klublarına məxsus idi.

Xatırladaq ki, 7 turdan sonra 18 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan münhenlilər bu gün sonuncu tur çərçivəsində Niderlandın PSV klubu ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью