Bavariya əfsanəvi futbolçunun formasını əbədiləşdirdi

09.12.2024

Icma.az bildirir, Sportal.az portalına istinadən.

Almaniyanın "Bavariya" klubu Frans Bekenbauerin xatirəsini əbədiləşdirmək üçün qərar verib.

Sportal.az xəbər verir ki, Münhen təmsilçisi əfsanəvi müdafiəçinin geyindiyi 5 nömrəli formanı əbədiləşdirib. Bundan sonra komandada heç kim bu formanı geyinməyəcək.

Qeyd edək ki, Frans Bekenbauer 1945-2024-cü illərdə yaşayıb. O, yetirməsi olduğu "Bavariya"nın əsas komandasında 13 il çıxış edib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью