Bavariya əlavə vaxtın 9 cu dəqiqəsində qol vurub, qalib gəldi

04.04.2026

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya Futbol Çempionatının 28-ci turunda çempion "Bavariya" "Frayburq"un qonağı olub. 

"Unikal" xəbər verir ki, matç ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Frayburq" 81-ci dəqiqəyə qədər 2-0 hesabı ilə öndə idi, lakin qonaqlar son dəqiqələrdə üç qol vurmağı bacarıblar. Alman yarımmüdafiəçi Tom Bişoff iki qola imza atıb. "Bavariya"nın qələbə qolunu əlavə vaxtın 9-cu dəqiqəsində alman yarımmüdafiəçi Lennart Karl vurub

Turnir cədvəlinə 73 xalla "Bavariya" başçılıq edir. "Frayburq" isə 37 xalla 8-ci yerdədir.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью