Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Bavariya” əvvəl konteynerə girdi, sonra oyuna çıxdı - Video
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Almaniya Bundesliqasının debütantı “Elfersberq”in stadionundakı qeyri-adi şərait diqqət çəkib.
QOL.az Almaniya mediasına istinadən xəbər verir ki, təxminən 13 min əhalisi olan şəhəri təmsil edən klubun stadionunda təmir işləri mövsümün əvvəlinə qədər başa çatdırılmayıb.
Bu səbəbdən komandaların paltardəyişmə otaqları stadionun ərazisində yerləşdirilmiş konteynerlərdədir. Futbolçuların meydana çıxması üçün nəzərdə tutulan müvəqqəti tunel isə açıq havada, tribunanın kənarı boyunca təşkil olunub.
Bu şəraiti son olaraq “Elfersberq”in qonağı olan “Bavariya”nın futbolçuları da yaxından görüblər. Oyun Münhen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.