“Bavariya” futbolçuları “Hamburq”la oyuna görə hakimlərə etiraz ediblər

01.02.2026

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Bundesliqasının 20-ci turu çərçivəsində səfərdə “Hamburq”la qarşılaşan “Bavariya” oyunu 2:2 hesablı heç-heçə ilə başa vurub. Lakin görüşdən sonra əsas müzakirə mövzusu nəticə deyil, hakimliyin səviyyəsi olub.

İdman.Biz “Sport1”ə istinadən xəbər verir ki, qarşılaşmanı idarə edən baş hakim Harm Osmer matç ərzində ümumilikdə 10 sarı vərəqə göstərib. Bu isə Münhen təmsilçisinin futbolçuları və texniki heyətinin kəskin narazılığına səbəb olub.

“Bavariya”nın müdafiəçisi Yosip Stanişiç referinin idarəçiliyini fəlakət adlandırıb. Komandanın hücumçusu Harri Keyn isə belə hakimliyin Bundesliqa səviyyəsinə uyğun olmadığını bildirib.

Baş məşqçi Vensan Kompani də oyundan sonra mətbuat nümayəndələri ilə söhbətdə hakimlər briqadasının qərarlarını tənqid edib və narazılığını gizlətməyib.

Xal itkisinə baxmayaraq, “Bavariya” Bundesliqa turnir cədvəlinə liderlik edir. Münhen klubu “Borussiya Dortmund” və “Hoffenhaym”ı doqquz xal qabaqlayır.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью