“Bavariya” geridönüşlə qələbə qazanıb VİDEO

29.11.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Bundesliqasının 12-ci turunda “Bavariya” və “Sankt-Pauli” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun “Arena Münhen”də (Münhen) baş tutub.

Meydan sahibləri 3:1 hesabı ilə qələbə qazanıblar.

Andrea Untonci altıncı dəqiqədə qonaqları irəli çıxarıb, Rafael Gerreyro isə 44-cü dəqiqədə hesabı bərabərləşdirib. Luis Diaz 90+4-cü dəqiqədə münhenliləri irəli çıxarıb, Nikolas Cekson isə 90+7-ci dəqiqədə üçüncü qolu vurub.

Bu oyundan sonra “Bavariya” Almaniyanın yüksək liqasında 34 xalla birinci yerdədir. “Sankt-Pauli” yeddi xalla 17-ci yerdədir.

Növbəti turda Münhen komandası 6 dekabrda səfərdə “Ştutqart”la, “Sankt-Pauli” isə həmin gün səfərdə “Köln”lə qarşılaşacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью