Bavariya Harri Keyn üçün sərgi yaratdı Şəkillər

28.12.2024

Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Bavariya"nın muzeyində komandanın hücumçusu Harri Keynin Münhen təmsilçisində oynadığı ilk mövsümündə qazandığı mükafatlardan ibarət sərgi yaradılıb.

QOL.az xəbər verir ki. bu barədə 31 yaşlı forvard öz sosial şəbəkə hesablarında paylaşım edib.

"Bavariyadakı ilk mövsümümdə qazandığım bəzi mükafatlarımın "Allianz Arenadakı klub muzeyində nümayiş etdirilməsindən qürur duyuram. Ailəm və mən Münhendə özümüzü evimizdəki kimi hiss edirik. Buna görə də təşəkkür edirəm! 2025-ci ildən böyük uğurlar gözləyirik!”

Muzeydə təqdim olunan mükafatlar arasında, Keynin Avropa liqalarının bombardiri kimi aldığı “Qızıl buts”, Bundesliqanın son mövsümünün ən yaxşı hücumçusu kimi layiq görüldüyü mükafat, Çempionlar Liqasının bombardiri mükafatı və s. var.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью