Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Bavariya"nın hücumçusu Harri Keyn Bundesliqanın 10-cu turunda "Köln"ə qarşı keçirilən oyunda (1–1) aldığı zədə səbəbindən bu il bir daha meydana çıxmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb.
"Qızıl top"un (Ballon d'Or) sahibi sindesmotik bağların yırtılması səbəbindən azı üç ay yaşıl meydanlardan uzaq qalacaq. Bu diaqnoz klubun idman direktoru Maks Eberl tərəfindən də təsdiqlənib.
Qeyd edək ki, Keyn bu mövsüm "bavariya"nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.