“Bavariya” Harri Keynin yerinə oyunçu tapdı

24.11.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Münhenin “Bavariya” klubu MLS təmsilçisi “Nyu-York Red Bullz”un hücumçusu Erik Şupo-Motinqi transfer etməyi nəzərdən keçirir.

Modern.az xəbər verir ki, ilin sonunda azad agent olacaq 37 yaşlı futbolçu mövsümün sonunadək altı aylıq müqavilə imzalamağa və Harri Keynin ehtiyat oyunçusu kimi çıxış etməyə hazırdır.

Məlumata görə, Şupo-Motinq yaxşı fiziki formadadır və komandaya dərhal fayda verə bilər. Bununla belə, “Bavariya” hələ yekun qərar verməyib və digər variantları da nəzərdən keçirir.

Kamerunlu hücumçu 2020-ci ilin oktyabrından 2024-cü ilin mayınadək “Bavariya”da çıxış edib. O, karyerası ərzində PSJ və “Stok Siti”nin də formasını geyinib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью