“Bavariya” Harri Keynlə danışıqlara başladı

27.01.2026

Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Almaniyanın “Bavariya” futbol klubu ingilis hücumçu Harri Keynlə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Florian Plettenberq “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Jurnalistin sözlərinə görə, oyunçu Münxen klubundan ayrılmaq fikrində deyil. Hücumçunun “Bavariya” ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Qeyd  edək ki, 32 yaşlı Keyn 2023-cü ildən bəri “Bavariya”da oynayır. O, klubun heyətində 126 oyunda 119 qol vuraraq, ardıcıl iki mövsüm Bundesliqanın ən çox qol vuran oyunçusu olub.
Keyn “Bavariya” ilə həm Bundesliqanı, həm də Almaniya Super Kubokunu qazanıb. İngilis futbolçu karyerasındakı ilk kuboku da burada qazanıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью