“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır

18.08.2026

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 avqust, AZƏRTAC

Almaniyanın “Bavariya” klubu futbolçusu Harri Keynlə müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu barədə ingiltərəli hücumçu Almaniya mətbuatına açıqlamasında məlumat verib.

Forvard bildirib ki, hazırda yeni müqavilə şərtlərini müzakirə etmək üçün ən yaxşı vaxtdır.

Hücumçu 2023-cü ilin avqustundan “Bavariya”nın formasını geyinir. Onun Münhen təmsilçisi ilə 2027-ci ilin iyun ayına qədər qüvvədə olan sözləşməsi var.

Qeyd edək ki, Harri Keyn “Bavariya”nın heyətində Bundesliqa çempionu olub və Almaniya Superkubokunu qazanıb. Ümumilikdə 147 oyun keçirən futbolçu 146 qol vurub və 33 məhsuldar ötürmə edib.

Keyn bu il dünya çempionatında 7 oyunda 6 qol vuraraq İngiltərə yığmasının bürünc medal qazanmasına kömək edib. O, 85 qolla yığmanın tarixində ən məhsuldar futbolçudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью