Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Bavariya" Harri Keynin mövsümün sonunda baş çatan müqaviləsinin müddətini uzatmağa hazırlaşır.
Sportal.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniya çempionu artıq ingiltərəli forvardla şifahi razılıq əldə edib. Yaxın günlərdə 33 yaşlı hücumçu ilə 2029-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Bavariya" Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən 95 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi