Bavariya heyətini 18 yaşlı futbolçu ilə gücləndirəcək

09.11.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

"Bavariya" qış "transfer pəncərəsi"ndə heyətinə yeni futbolçu qatacaq.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

"Qırmızılar" "Los Anceles"in futbolçusu Bajinq Darbo ilə razılaşıb. Münhen təmsilçisi 18 yaşlı vingerlə  qış transfer pəncərəsində müqavilə imzalayacaq.

Transferin məbləği 1 milyon ABŞ dolları olacaq.

Qeyd edək ki, Darbo hələ "Los-Anceles"in əsas komandasında debüt etməyib. O, ABŞ U-17 millisində 2 oyunu keçirib. 

"Qalatasaray"dan İkardi qərarı “Mançester Yunayted”in məşqçisi diskvalifikasiya olunub Millimizin üzvləri matçı buraxdı, komandaları 3 xal qazandı “Ştutqart” “Bayern”in hücumçusunu istəyir Futbolçu qırmızı vərəqə aldı, baş məşqçinin hücumuna məruz qaldı - VİDEO
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью