“Bavariya” hücumçu transferinə hazırlaşır

27.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Bavariya” heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Münhen təmsilçisi “Ştutqart”dan Nik Voltemadla razılaşıb. Bu barədə “Sky Sport” məlumat yayıb.

Mühenlilər Almaniyanın U-21 yığmasının üzvü olan hücumçu ilə 6 illik müqavilə imzalamağı planlaşdırır. Oyunçu ilə razılaşan “Bavariya” klubu ilə də danışıqlara başlayıb.

Voltemad başa çatan mövsümdə Bundesliqada 28 oyunda 12 qol vurub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью