“Bavariya” hücumçusuna yeni müqavilə təklif etməyəcək

29.03.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bavariya" hücumçusu Tomas Müllerlə yeni müqavilə bağlamayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Billd"in əməkdaşı Kristian Falk sosial şəbəkəkə hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, klubla futbolçu arasında uzun sürən danışıqlar nəticəsiz qalıb. Təcrübəli forvarda  yeni müqavilə təklifi olunmayacaq.

Qeyd edək ki, 35 yaşlı Müllerin qüvvədə olan müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.Bu mövsüm hücumçu 31 matçda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью