Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Bavariya” ilə matçı buraxacaqlar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının əsas mərhələsində “Bavariya” ilə matç öncəsi komandanın heyətindəki vəziyyəti dəyərləndirib.
QOL.az xəbər verir ki, mütəxəssis "AS" nəşrinə açıqlamasında Kardozo və Yulmannın oyunu buraxacağını, Kokenin isə heyətə qayıtdığını bildirib:
"Bu, hər iki komanda üçün vacib qarşılaşmadır. Kardozo və Yulmann bizə kömək edə bilməyəcək. Koke isə heyətə qayıdıb və oynamağa hazırdır. Bununla yanaşı, matçın uzun çəkə biləcəyini nəzərə almalıyıq. Start heyəti ilə bağlı qərar vermək üçün hələ vaxtımız var".
Qeyd edək ki, “Atletiko” - “Bavariya” görüşü bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.