Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
PSJ-nin vingeri Bredli Barkolanın "Bavariya"ya keçidi real görünmür.
Apasport.az xəbər verir ki, Münhen klubu 22 yaşlı futbolçunu transfer hədəflərindən biri kimi müəyyənləşdirib, lakin müqaviləni bağlamaq olduqca çətin olacaq.
İnsayder Fabritsio Romanonun sözlərinə görə, PSJ Barkolu buraxmaq istəmir və ona yeni müqavilə təklif etməyə hazırlaşır.
"Transfermarkt" Barkolun transfer dəyərini 70 milyon avro olaraq qiymətləndirir.
Futbolçunun PSJ ilə hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
Alonsodan Mbappe açıqlaması Deku: “Uilyams “Barselona”da oynamaq istədiyini nümayiş etdirir” Super Liqa klubunda ayrılıq Viti İtaliya yolunda “Bayer” daha bir futbolçu ilə razılaşdı