“Bavariya” istəmədi, “Barselona”ya gedəcək

17.02.2025

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bavariya” Almaniya millisinin və “Bayer Leverkuzen”in müdafiəçisi Conatan Tahı transfer etməyi düşünmür.

Futbolpress.az xəbər verir ki, klubun idman direktoru Kristof Freund  müdafiə xəttindən razı olduqlarını bildirib:

“Müdafiə xəttimiz əla oynayır. Çox az qol buraxırıq. Hazırda müdafiəmizdən razıyıq”.

“Barselona”nın almaniyalı müdafiəçini heyətinə qatmaq istədiyi barədə daha əvvəl mətbuatda məlumatlar yayılmışdı. Yayda müqaviləsi başa çatacaq 29 yaşlı futbolçunun pulsuz olaraq “Blauqrana”ya transfer olunacağı gözlənilir.

Conatan bu mövsüm 34 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью