Bavariya isveçli üçün hərəkətə keçdi

10.11.2024

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bavariya" İsveç millisinin və "Sportinq"in (Lissabon) forvardı Viktor Gyökereşi transfer etməyi planlaşdırır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəsmiləri isveçliyə görə Portuqaliya klubu ilə danışıqlara başlayıblar.

26 yaşlı futbolçuya transfer təklifləri çox olduğundan "Sportinq" heç bir kluba konkret cavab verməyib.

İsveç millisinin forvardının Lissabon klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

O, "Brommapoykarna", "Brayton", "Sankt-Pauli", "Suonsi", "Koventri"də oynadıqdan sonra 2023-cü ildə "Sportinq"ə keçib.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью