Bavariya Kimmixlə razılığa gəldi

07.03.2025

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bavariya” futbolçusu Yozua Kimmix ilə müqavilə müddətini uzadacaq.

"Unikal" xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat yayıb.

Onun sözlərinə görə, Münxen klubunun nümayəndələri Almaniya millisinin 30 yaşlı kapitanı ilə hazırkı müqavilənin müddətinin uzadılması ilə bağlı şifahi razılığa gəliblər.

Qeyd edək ki, Yozua Kimmix bu mövsüm Almaniya çempionatında "Bavariya"nın heyətində 23 oyunda,1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2015-ci ildən Bundesliqa nəhəngində çıxış edir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью