Bavariya klubu PSJdən üzr istəyib | Icma.az
Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Bavariya" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunun PSJ ilə ev matçı zamanı Paris təmsilçisi və onun prezidenti Nasser Əl-Xelaifiyə qarşı yönəlmiş plakatlara görə üzr istəyib.
"Report" xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti bəyanat yayıb.
Münhenlilər rəqib komandanın və rəsmi nümayəndələrinin bu şəkildə hücuma məruz qalmasına və təhqir olunmasına görə üzr istəyib.
Həmçinin plakatların "Bavariya"nın mövqeyini əks etdirmədiyi və iki klub arasındakı münasibətlərə uyğun gəlmədiyi bildirilib.
Qeyd edək ki, qarşılaşma "Bavariya"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu