Bavariya Liverpul un futbolçusu ilə maraqlanır

16.10.2026

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Almaniyanın "Bavariya" klubu İngiltərənin "Liverpul" komandasında çıxış edən yarımmüdafiəçi Florian Virtsi transfer etmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb.

Münhen təmsilçisi 23 yaşlı futbolçunun "Enfild"dəki mövcud vəziyyətini diqqətlə izləyir və onu heyətinə qatmaq imkanlarını araşdırır. Ötən yay "Bayer Leverkuzen"dən "Mersisaydlılar"ın heyətinə 125 milyon avroya transfer olunan Almaniya millisinin üzvü İngiltərədə gözlənilən performansı sərgiləyə bilməyib.

"Bavariya" rəhbərliyi hazırda bazar dəyəri 85 milyon avro qiymətləndirilən gənc ulduzun Bundesliqaya qayıtmağa müsbət yanaşacağına inanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью