“Bavariya” “Liverpul”la danışıqlara başladı

05.06.2025

Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bavariya” “Liverpul”un hücumçusu Kodi Qakponu transfer etmək istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu “Milan”ın hücumçusu Rafael Leaunun da xidmətində maraqlıdır. Artıq iki futbolçu üçün danışıqlar başlanıb. Bu transferlərin “Bavariya”ya 70 milyon avrodan baha başa gələcəyi bildirilir.

Qakpo 2023-cü ildən “Liverpul”da çıxış edir. Ötən mövsüm 26 yaşlı hücumçu bütün turnirlərdə 49 oyun keçirib, 18 qol vurub və 7 məhsuldar ötürmə edib. Onun ingilis komandası ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью