Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bavariya" "Bayer"in futbolçusu Conatan Tanı transfer etməkdə israrlıdır.
QOL.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Münhen təmsilçisi Taya illik 12 milyon avro maaş təklif edib. Klub onunla 2028-ci ilin yayınadək müqavilə imzalamağı planlaşdırır.
29 yaşlı müdafiəçi Leverkuzen klubu ilə müqaviləni yeniləməyəcək və bu yay azad agent olacaq.
Qeyd edək ki, daha əvvəl Ta "Barselona" ilə razılığa gəlmişdi, lakin kataloniyalıların maliyyə problemləri səbəbindən transfer gerçəkləşməmişdi.