“Bavariya” milli üzvünü satdı

16.06.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

İtaliyanın “Atalanta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Bavariya”dan müdafiəçi Lyubo Pulyiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Xorvatiyanın U-19 yığmasının üzvü olan Pulyiç “Bavariya”nın B komandasında çıxış edirdi. “Atalanta” müdafiəçi üçün 2.8 milyon avro ödəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью