“Bavariya” millinin futbolçusu ilə anlaşdı

05.06.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

“Bavariya” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Münhen klubu “Ayntraxt”dan Nataniel Braunla anlaşıb. Bu barədə insayder Florian Plettenberq məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 5 illik müqavilədə razılıq əldə edilib.

“Bavariya” Frankfurt təmsilçisi ilə danışıq aparır. “Ayntraxt” Braun üçün 60 milyon avro tələb edir.

Almaniya millisinin dünya çempionatı üçün heyətində də yer alan müdafiəçi başa çatan mövsümdə komandasında 42 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью