Bavariya millinin üzvünü transfer etməyi planlaşdırır

28.11.2024

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Bavariya" "Leyptsiq"dən David Raumu transfer etmək imkanını nəzərdən keçirir.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Raum Münhen klubuna keçməyin əleyhinə deyil.

Qeyd olunur ki, o, əvvəllər “Leyptsiq”də çalışmış "Bavariya"nın idman direktoru Maks Eberllə yaxşı münasibətdədir.

26 yaşlı sol cinah müdafiəçisinin “Leyptsiq”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Almaniya millisinin üzvü “Qroyter” və “Hoffenhaym”da oynadıqdan sonra 2022-ci ildə “Leyptsiq”ə keçib.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью