Bavariya müdafiəçisi Alfonso Devis ilə müqavilə müddətini artırıb

04.02.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın "Bavariya" klubu müdafiəçisi Alfonso Devis ilə müqavilə müddətini artırıb.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, 24 yaşlı oyunçunun yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, A.Devis 2019-cu ildən bu yana "Bavariya"nın şərəfini qoruyur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью