“Bavariya” Mülleri Arda ilə dəyişmək istədi

14.12.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bavariya” “Real" Madrid”in yarımmüdafiəçisi Arda Gülərlə maraqlanır.

“Qafqazinfo” “Defensa Central”a istinadən xəbər verir ki, Münhen təmsilçisinin rəhbərliyi “kral klubu”na oyunçu mübadiləsi etməyi təklif edib. 

Alman klubu 19 yaşlı Ardanı 35 yaşlı Tomas Müllerlə dəyişmək istəyib. Lakin “Real”ın prezidenti Florentina Peres bu təklifi rədd edib.

Qeyd edək ki, Arda Gülər ​​bu mövsüm klubla birgə bütün turnirlərdə 18 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью