Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.
"Bavariya" mundial oyunçusuna göz dikdi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
"Bavariya" "Ayntraxt"ın və Almaniya millisinin müdafiəçisi Nataniel Braunu heyətinə qatmağa çox yaxındır.
QOL.az xəbər verir ki, jurnalist Florian Plettenberqin məlumatına görə, klublar 23 yaşlı futbolçunun transferi üçün 55 milyon avro qarşılığında razılığa gəliblər. Oyunçunun şəxsi müqaviləsinin şərtləri də artıq razılaşdırılıb. Onun Münhen təmsilçisi ilə 2031-ci ilə qədər nəzərdə tutulan uzunmüddətli müqaviləyə imza atacağı gözlənilir.
Qeyd edək ki, Nataniel Braun ötən mövsüm Bundesliqada keçirdiyi 33 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda davam edən DÇ-2026-nın qrup mərhələsində meydana çıxdığı iki oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.