Bavariya nın 13 illik seriyası davam edir

11.09.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın "Bavariya" komandası UEFA Çempionlar Liqasında uğurlu seriyasını davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, Münhen təmsilçisi turnirin əsas (qrup) mərhələsində keçirdiyi son 39 ev oyununda məğlub olmayıb.

Komanda bu qarşılaşmaların 37-də qələbə qazanıb, 2 matçda isə heç-heçə edib. "Bavariya" 13 ildir davam edən seriyasını qoruyur.

Almaniya təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Norveçin "Budyo-Qlimt" komandasını 5:0 hesabı ilə məğlub edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью