Bavariya nın 34 cü, Harri Keynin 1 ci çempionluğu

04.05.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Bavariya” 34-cü dəfə futbol üzrə Almaniya çempionluğunu qazanıb.

İdman.biz xəbər verir ki, Bundesliqanın 32-ci turunda "Leypsiq"lə heç-heçə oynayan (3:3) Münhen klubunun əsas rəqibi "Bayer" də səfərdə "Frayburq"a qalib gələ bilməyib (2:2).

Nəticədə "Bavariya" vaxtından əvvəl Bundesliqa birinci yeri təmin edib. “Bayer” qalan iki oyunda liderlə 8 xallıq fərqi aradan qaldıra bilməyəcək.

Qeyd edək ki, 34 titul Bundesliqa rekordudur. "Nürnberq"in 9, "Borussiya Dortmund"un 8 çempionluğu var.

Münhen təmsilçisi son 13 ildə 12-ci dəfə Almaniya çempionu olub. Yalnız ötən mövsüm “Bavariya” “Bayer” və “Ştutqart”dan geri qalaraq üçüncü yeri tutub.

Bu, həmçinin komandanın 31 yaşlı ingiltərə hücumçusu Harri Keynin karyerasında ilk çempionluqdur.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью