Bavariya nın 44 illik DÇ seriyası bitdi İnter davam edir

16.07.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

DÇ-2026-nın yarımfinalında İngiltərənin Argentinaya 1:2 hesabı ilə uduzması ilə maraqlı seriyalardan biri başa çatıb.

Apasport.az xəbər verir ki, bu nəticədən sonra "Bavariya"nın dünya çempionatlarının finallarında ardıcıl futbolçu ilə təmsil olunmaq seriyası qırılıb.

Belə ki, 1982-ci ildən bəri həm "İnter", həm də "Bavariya" hər dünya çempionatının finalında ən azı bir futbolçu ilə təmsil olunurdu. Bu dəfə isə Harri Keynin yer aldığı İngiltərə yarımfinalda məğlub olduğundan Münhen klubunun 44 illik, ardıcıl 11 dünya çempionatını əhatə edən seriyası başa çatıb.

Qeyd edək ki, Lautaro Martinesin çıxış etdiyi Argentina finala yüksəldiyi üçün "İnter" ardıcıl 12-ci dünya çempionatının finalında futbolçu ilə təmsil olunacaq.

Skaloni: “Meydanda son gücümüzə qədər mübarizə aparacağıq” Tuxel: “Argentina Messi üçün hər şeyini verir” “Lester”dən ayrıldı, İtaliya klubu ilə müqavilə imzaladı Zidan Fransa millisində - Deşam dönəmi bitdi “Real”dan UEFA-ya şok müraciət: “Barselona”nın titulları əlindən alınsın
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью