Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
"Bavariya"nın vingeri Maykl Olise Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda Madrid "Atletiko"suna qarşı keçiriləcək oyunu buraxmaq təhlükəsi ilə üz-üzədir. Sport24.az xəbər verir ki, bu barədə "L'Equipe" qəzeti məlumat yayıb.
Fransalı futbolçu şənbə günü Bundesliqanın 9-cu turu çərçivəsində Dortmund "Borussiya"sına qarşı keçirilən oyunda (2–2) sağ dizindən zədə alıb. Ötən gün oyunçu Münhen klubunun məşq bazasında müalicəsini davam etdirib. Olisenin nə vaxt sağalacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur.
Olise bu gün tibbi müayinədən keçəcək. "Bavariya" müayinənin nəticələrinə əsasən, onun komanda ilə birlikdə Madriddəki səfərə gedib-gedə bilməyəcəyini və qarşıdakı oyunda iştirak edib-etməyəcəyini müəyyənləşdirəcək.
Qeyd edək ki, 24 yaşlı Olise cari mövsümdə Bundesliqada keçirdiyi 8 oyunda 6 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasında çıxdığı 2 qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.