Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 oktyabr, AZƏRTAC
Almaniyanın “Bavariya” komandasının baş məşqçisi Vensan Kompaninin səhhətindəki problemin səbəbi hələ də tapılmayıb.
AZƏRTAC xarici mətbuta istinadla xəbər verir ki, belçikalı mütəxəssis oktyabrın 23-də komandanın Münxendəki bazasında məşq zamanı huşunu itirib və nəticədə çiyni çıxıb. Hadisədən əvvəl gün ərzində şiddətli baş ağrılarından əziyyət çəkən 40 yaşlı məşqçi son günlər ərzində hərtərəfli nevroloji müayinədən keçib. Buna baxmayaraq, oktyabrın 26-na olan məlumata görə, həkimlər hələ də dəqiq diaqnoz qoya bilməyiblər.
Vensan Kompani Bundesliqanın VII turunda “Frayburq”la keçirilən və “Bavariya”nın 3:1 hesablı qələbəsi ilə başa çatan matçı buraxıb.
Qeyd edək ki, Münxen təmsilçisi 7 turdan sonra 17 xalla turnir cədvəlinə başçılıq edir.