Bavariya nın əfsanəsi məşqçiliyə başlayır FOTO

18.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransa millisinin və "Bavariya"nın sabiq futbolçusu Frank Riberi məşqçilik fəaliyyətinə başlamaq üçün mühüm mərhələni geridə qoyub.
Bizim.Media xəbər verir ki, 43 yaşlı keçmiş yarımmüdafiəçi İtaliyanın məşhur Koverçano məşqçilik məktəbində təhsilini başa vurduğunu açıqlayıb.
 

"Bu gün məni həm insan, həm də peşəkar kimi inkişaf etdirən bir yol başa çatır. Koverçanoda keçirdiyim illərdə həmişə qəlbimdə daşıyacağım insanlarla tanış oldum. Professorlara, bütün əməkdaşlara və bu unudulmaz təcrübəni mənimlə bölüşən yol yoldaşlarıma təşəkkür edirəm.


Bu gündən etibarən əsl məşqçiyəm. Artıq driblinq və assist yoxdur. Amma sizə şou və yüksək tempdə futbol vəd edirəm", - deyə Riberi bildirib. (Oxu.az)



Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью