Bavariya nın futbolçusu Liverpul un hədəfində

27.08.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bavariya"nın futbolçusu Maykl Olise Premyer Liqaya qayıda bilər.

Sportal.az xəbər verir ki,  "Liverpul" fransalı vingeri transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

İngiltərə çempionu Oliseni Məhəmməd Salahdan sonrakı dövr üçün hücum xəttinin lideri kimi görür. "Çelsi" və "Mançester Siti" də 23 yaşlı ön xətt oyunçusu ilə maraqlanır.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan transfer edib. Fransa millisinin üzvü Münhen təmsilçisinin heyətində meydana çıxdığı 57 rəsmi matçda 22 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью