Bavariya nın heyətində ciddi itki

22.10.2026

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Bundesliqa nəhənginin futbolçusu Luis Dias sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kolumbiyalı vingerin sol bud əzələsində kiçik yırtıq aşkarlanıb. 29 yaşlı ön xətt oyunçusunun yaşıl meydanlara qayıdacağı tarix barədə məlumat verilməyib.

Qeyd edək ki, "Bavariya" Luis Diası 2025-ci ilin yayında "Liverpul"dan 70 milyon avroya transfer edib. Kolumbiya millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью