Bavariya nın hücumçusu İngiltərə klubuna keçdi

27.06.2026

Icma.az bildirir, sport24.az portalına istinadən.

"Bavariya"nın hücumçusu Con Kusi-Asare "Fulham" ilə müqavilə bağlayıb. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 

Tərəflər 5+1 şərti ilə anlaşıblar. 18 yaşlı isveçli ötən yay "Bavariya"ya transfer olunmuşdu.

Qeyd edək ki, Marko Silvanın gedişindən sonra "Fulhem"ın baş məşqçisi postu boş qalıb. "Real"ın sabiq çalışdırcısı Alvaro Arbeloanın onun yerinə təyin olunacağı söylənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью