Bavariya nın hücumçusu İngiltərənin Tottenhem klubunda

04.02.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Almaniyanın "Bavariya" klubunun hücumçusu Matis Tel İngiltərə təmsilçisi "Tottenhem"ə keçib.

Oxu.Az xəbər verir ki, futbolçu mövsümün sonuna qədər Premyer Liqa təmsilçisində icarə əsasında çıxış edəcək.

Bununla yanaşı, "Tottenhem" onu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna malik olacaq.

19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, M.Tel bu mövsüm "Bavariya"nın heyətində bütün turnirlərdə 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью