Bavariya nın prezidenti Barselona rəhbərliyini tənqid etdi

25.11.2025

Icma.az, Qol.az saytına istinadən bildirir.

"Bavariya"nın prezidenti "Barselona" rəhbərliyini tənqid etdi

"Bavariya"nın fəxri prezidenti Uli Hoenes "Barselona"nın rəhbərliyi haqda danışıb.

QOL.az "Marca"ya istinadən xəbər verir ki, o, tənqidi fikirlər səsləndirib:

"Barselona"nın 1,3 milyard avrodan çox borcunun olması absurddur. Bu, ağlasığmaz və dözülməzdir. Heç bir başqa ölkədə belə bir borcla onlar yüksək divizionda oynaya bilməzdilər. Qətiyyən... Amma "Barselona"ya qadağalar tətbiq olunmur. "Barselona" mənim klubum üçün örnək idarəetmə modeli deyil. Bu, bizim "Bavariya"mızla ziddiyyət təşkil edir. Avropa klubları üçün örnək maliyyə sistemi, sağlam idarəetmə, sağlam maliyyə təhlili və idman nəticələri riskli maliyyə addımlarından asılı olmalı deyil”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью