Bavariya nın qapıçısı topla məşqləri bərpa edib

03.04.2025

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

Zədəyə görə bir müddət yaşıl meydanlardan uzaq qalan Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer topla məşqləri bərpa edib.

Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

39 yaşlı qolkiper martın 5-də "Bayer 04" klubuna 3:0 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında sıradan çıxmışdı. Martın 22-də bərpa məşqlərinə start verən Noyer baldır əzələsində narahatlıq hiss etmişdi.

Qeyd edək ki, o, cari mövsüm "Bavariya"da 33 oyun keçirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью