Bavariya nın ulduzu bu matçları buraxacaq

05.04.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

"Bavariya" klubunun ulduzu Camal Musiala "Auqsburq"la matçda zədələndiyi üçün "Bavariya"nın qarşıdakı Çempionlar Liqası matçlarında olmayacaq.

"Goal" nəşri xəbər verir ki, "Bavariya" UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində "İnter"i aprelin 8-də qəbul edəcək.

Səfər matçı aprelin 16-da İtaliyada baş tutacaq.

Camal Musiala isə ağır zədə aldığı üçün bu görüşlərdə komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Bavariya" aprelin 12-də Almaniya Bundesliqasında "Borussiya Dortmund"la qarşılaşacaq.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью