Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Maykl Olisenin “Atletiko”ya qarşı oyunda iştirak etmək şansı var.
Sportal.az xəbər verir ki, “Bavariya”nın cinah hücumçusu Bundesliqada Dortmund “Borussiya”sı ilə keçirilən matçda (2:2) zədələnib. Daha sonra onun Madrid təmsilçisinə qarşı Çempionlar Liqası oyununda iştirakının sual altında olduğu bildirilmişdi. Fransalı futbolçu Çempionlar Liqasında sabah keçiriləcək qarşılaşmadan əvvəl komandanın son məşqində iştirak edib.
Qeyd edək ki, komandalar çərşənbə axşamı Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda üz-üzə gələcəklər. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
saytlarin hazirlanmasi