Bavariya nın yarımmüdafiəçisi UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

23.10.2025

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Lennart Karl UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb. Sport24.az xəbər verir ki, o Münhen komandasının turnirdə qol vuran ən gənc futbolçusu olub.

Almaniyalı oyunçu Liqa mərhələsinin III turunda "Brügge"yə (Belçika) qarşı matçın (4:0) 5-ci dəqiqəsində fərqlənib. O, qol vurarakən 17 yaş 242 günlüyündə olub.

"Bavariya"da əvvəlki rekord yarımmüdafiəçi Camal Musialaya aid idi. O, 2021-ci ilin fevralında UEFA Çempionlar Liqasının 1/8 finalında "Latsio" ilə oyunda fərqlənərkən Karldan 121 gün böyük olub.

Qeyd edək ki, 2025/2026 mövsümündə L.Karl bütün turnirlərdə meydana çıxıdığı 9 oyunda 1 qola və 1 məhsuldar ötürməyə imza atıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью