Bavariya növbəti ildə qolkiper transferini planlaşdırır

01.10.2026

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bavariya” Bernd Lenonu transfer edə bilər.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, Münhen klubu Manuel Noyerin 2027-ci ilin yayında karyerasını başa vuracağı ehtimalına indidən hazırlaşır. Sven Ulrayxın da komandadan ayrılacağı gözlənilir.

Əsas qapıçı mövqeyinin Jonas Urbiqə həvalə olunacağı gözlənilsə də, Almaniya çempionu ikinci qapıçı rolu üçün təcrübəli namizədləri də nəzərdən keçirir. “Bavariya”nın diqqətini hazırda “Fulhem”də çıxış edən Leno cəlb edib. 34 yaşlı alman qapıçı üçün Münhenə keçid həm də evinə daha yaxın olmaq imkanı yarada bilər.

Klub “Auqsburq”un qapıçısı Finn Damenlə də maraqlanır.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью