“Bavariya” Noyerə əvəzləyi tapıb İngiltərədən transfer edilə bilər

29.09.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Almaniyanın "Bavariya" klubu gələcəkdə qapıçı mövqeyində dəyişiklik etməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, Münhen təmsilçisi 2027-ci ildə İngiltərənin "Everton" klubunun 32 yaşlı qapıçısı Cordan Pikfordu transfer etmək variantını nəzərdən keçirir.

Bildirilir ki, Almaniya nəhəngi Pikfordu 40 yaşlı Manuel Noyerin mümkün əvəzləyicisi kimi görür. İngiltərə millisinin qapıçısı "Bavariya"nın transfer siyahısında "Brayton"da çıxış edən Bart Verbruqgeni qabaqlayır.

Pikford cari mövsümdə "Everton"un heyətində bütün turnirlər nəzərə alınmaqla 7 oyunda meydana çıxıb. O, bu qarşılaşmaların 5-də qapısını toxunulmaz saxlayıb.

32 yaşlı qapıçının "Everton"la müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 13 milyon avro qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью