“Bavariya” Noyerin əvəzləyicilərini tapdı

10.11.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bavariya” Noyerin əvəzləyicilərini tapdı

“Bavariya” mövsümün sonunda karyerasını başa vuracağı gözlənilən əsas qapıçısı Manuel Noyerin əvəzləyicisini axtarır.

QOL.az "Sky Germany"a istinadən xəbər verir ki, Münhen təmsilçisinin transfer siyahısında “Hoffenhaym”dan Oliver Baumann, “Fulhem”dən Bernd Leno və “Şalke”dən Loris Karius yer alıb.

Hazırda Noyerin ehtiyat qapıçısı olan Yonas Urbiq komandanın gələcək əsas qolkiperlərindən biri kimi nəzərdə tutulur. Klub isə ona rəqabət yaradacaq və ikinci qapıçı funksiyasını yerinə yetirəcək təcrübəli futbolçu transfer etmək istəyir.

Namizədlər arasında Baumann əsas favorit hesab olunur. Leno və Karius isə alternativ variantlardır.

Leno ilə “Fulhem” arasındakı müqavilənin gələn yay başa çatacağı gözlənilir. Bununla belə, İngiltərə klubu anlaşmanı birtərəfli qaydada uzatmaq hüququna malikdir.

Kariusun mümkün transferi isə “Şalke”nin Bundesliqada yerini qoruyub-saxlamamasından asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью