“Bavariya” Olisenin zədəsi ilə bağlı sevindirici xəbər aldı

21.11.2026

Icma.az bildirir, Idman.biz portalına istinadən.

“Bavariya”nın “Köln”lə 1:1 hesablı heç-heçə etdiyi qarşılaşmada zədələnən Maykl Olisenin vəziyyətinə aydınlıq gəlib.

İdman.Biz xəbər verir ki, Münhen klubunun tibbi müayinəsi fransalı cinah futbolçusunun ayağının ön hissəsində əzilmə olduğunu müəyyənləşdirib. Zədə ciddi hesab edilmir və uzunmüddətli fasilə gözlənilmir.

Klubun prezidenti Herbert Hayner də futbolçunun vəziyyəti ilə bağlı nikbin danışıb. Onun sözlərinə görə, Olisenin noyabrın 25-də Çempionlar Liqasında “Lill”lə səfər oyununa yetişməsi az ehtimal olunur.

Bununla belə, “Bavariya” noyabrın 28-də Bundesliqada “Hamburq”la keçiriləcək qarşılaşmada fransalı futbolçunun xidmətindən yararlana biləcəyinə ümid edir.

Xatırladaq ki, Olise “Köln”lə matçın ilk hissəsində zədələnib və fasilədən sonra meydana qayıtmayıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью